"Arsenal"ın Bakıdan UEFA-ya çox ciddi şikayəti var - AZDI!

12 May 2019 00:50 Avropa Liqası 924
"Arsenal"ın Bakıdan UEFA-ya çox ciddi şikayəti var - AZDI!

Avropa Liqasının Bakıda keçiriləcək final oyununun iştirakçılarına 6 min bilet verilib.

Sportinfo.az xəbər verir ki, bu, "Arsenal" tərəfinin narazılığına səbəb olub.

London təmsilçisi 68 min 700 nəfərlik azarkeş tutumuna malik arenada onlara bu qədər biletin ayrılmasını düzgün hesab etmir və bundan məyus olduqlarını ifadə edib.

Onlar təxminən 45 min mövsümlük bilet alan azarleşlərinin və klubun 180 mindən çox rəsmi üzvünün olduğunu xatırladıblar.

"Arsenal" azarkeşləri üçün biletlərin qiyməti 26-121 funt-sterlinq arasında olacaq. Əksər biletlər isə 43 funt-sterlinq təşkil edəcək.

Final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti