Petr Çex: "Bakıya gedəcəyim üçün çox xoşbəxtəm"

12 May 2019 08:36 Avropa Liqası 430
Petr Çex: "Bakıya gedəcəyim üçün çox xoşbəxtəm"

“Əvvələr heç vaxt Bakıda olmamışam, ora gedəcəyim üçün həqiqətən çox xoşbəxtəm”.

Sportinfo.az xəbər verir ki, bunu “Arsenal”ın qapıçısı Petr Çex Avropa Liqasında “Valensiya”nı səfərdə 4:2 hesabı ilə məğlub etdikləri yarımfinal mərhələsinin cavab görüşündən sonra deyib.

Hazırda "topçular"ın heyətində yer alan çexiyalı qolkiperin fikrincə, mayın 29-da Bakı Olimpiya Stadionunda sabiq komandası "Çelsi"yə qarşı keçirəcəkləri final qarşılaşmasında təcrübə həlledici rol oynaya bilər:

“Öz arzularınıza inanmalısız. Bu, onların həyata keçməsi üçün yeganə vasitədi.

Səylə işləmək lazımdı, ancaq inanmaq da vacibdi. “Arsenal” üçün tarix yazmağın astanasındayıq.

Bu fantastik klubun azarkeşləri və klubda çalışan hər kəs avrokubok finalında qələbəyə layiqdilər. Fikrimcə, indiki məqamda təcrübə öz sözünü deyə bilər.

Finala çıxanda hər kəsin üzərində böyük təzyiq olur. Ona görə də təcrübəli futbolçular digər oyunçuların da hazır olmasına kömək etməlidirlər”.

“Arsenal” Avropa Liqasının cari mövsümündə “Qarabağ”la eyni qrupda yer alsa da, Petr Çex zədə üzündən ötən ilin oktyabrında Bakıya gələ bilməyib.

O, Londondakı ikinci oyunda da iştirak etməyib. Çexiyalı qolkiper Bakıdakı finaldan sonra karyerasını başa vuracağını açıqlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti