UEFA: "Mxitaryanın Bakıya gəlişində heç bir problem olmayacaq"

11 May 2019 13:12 Avropa Liqası 404
UEFA: "Mxitaryanın Bakıya gəlişində heç bir problem olmayacaq"

AFFA "Arsenal"ın erməni futbolçusu Henrik Mxitaryanın Bakıdakı Avropa Liqasının finalında iştirak üçün Azərbaycana gəlişində heç bir problemin olmayacağını UEFA-ya bildirib.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətindən TASS-a məlumat verilib.

Bildirilib ki, UEFA-nın digər ölkələrdəki oyunlarına qatılmaq üçün futtbolçular üçün viza almaq barədə futbol assosiasiyalarına, klublarına və səfirliklərinə məktub göndərilməsi standart qaydadır.

"Bu baxımdan, UEFA ilə "Arsenal" təsdiq tələb edib və AFFA bunu təsdiqləyib.

Bu futbolçu üçün heç bir problem olmayacaq və təhlükəsizlik üçün lazımi tədbirlər görüləcək", - UEFA-nın bəyanatında vurğulanıb.

Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti