"Arsenal"ın hücumçusu Avroliqada həftənin oyunçusu seçildi

11 May 2019 08:12 Avropa Liqası 372
"Arsenal"ın hücumçusu Avroliqada həftənin oyunçusu seçildi

Avropa Liqasında həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. Sportinfo.az xəbər verir ki, qurumun saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsi bəlli olub.

Səsverməyə qatılan tərəfdarların böyük çoxluğu “Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyanqı ən yaxşı hesab edib.

O, qiyabi mübarizədə komanda yoldaşı Aleksandr Lakazett, “Çelsi”nin üzvləri Ruben Loftus-Çik və Kepa Arrizabalaqanı qabaqlayıb.

Obameyanq “Ayntraxt”a 4:2 hesabı ilə qalib gəldikləri matçda het-trikə imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti