UEFA prezidenti Azərbaycan üçün xüsusi hadisə vəd edir

10 May 2019 19:48 Avropa Liqası 668
UEFA prezidenti Azərbaycan üçün xüsusi hadisə vəd edir

UEFA prezidenti Aleksander Çeferin Bakıda keçiriləcək Avropa Liqasının final matçına vəsiqə qazanan "Arsenal" və "Çelsi"ni təbrik edib.

Sportinfo.az xəbər verir ki, bu barədə sloveniyalı funksionerin qurumun rəsmi saytında yer alan açıqlamasında bildirilir.

Çeferin həlledici qarşılaşmada Londonun iki komandasının üz-üzə gəlməsini xüsusi hadisə adlandırıb:

"Bu görüş təkcə onların azarkeşləri üçün deyil, təşkilatçı Azərbaycan adına da xüsusi hadisənin olacağını vəd edir".

Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 23:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti