Mxitaryan Bakıya gələcəkmi?

10 May 2019 17:12 Avropa Liqası 570
Mxitaryan Bakıya gələcəkmi?

Avropa Liqasında finala vəsiqə qazanan "Arsenal" problemlə üzləşib.

Sportinfo.az xəbər verir ki, "topçular"ın erməni futbolçusu Henrik Mxitaryan həlledici qarşılaşmanı buraxa bilər.

Azərbaycanla Ermənistan arasında davam edən münaqişə, üstəlik, Mxitaryanın 2011-ci ildə qondarma Dağlıq Qarabağ Respublikasına qanunsuz səfəri onun ölkəmizə buraxılmasına maneə yaradır.

Bu səbəbdən "Arsenal" klubu yarımmüdafiəçisinin Bakıya gəlib-gəlməyəcəyini hələ bilmir. UEFA bu məsələdə İngiltərə təmsilçisini dəstəkləsə də, son sözü Azərbaycan tərəfi deyəcək.

"Arsenal" - "Çelsi" finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!