Lakazett Bakıda kubok qazanmaq istəyir - Oyunun ən yaxşısını təriflədi

10 May 2019 16:24 Avropa Liqası 472
Lakazett Bakıda kubok qazanmaq istəyir - Oyunun ən yaxşısını təriflədi

“Buraxılan qola verdiyimiz reaksiya xoşuma gəldi.

Bilirdik ki, səfərdə də ən azı bir qol vurmalıyıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Arsenal”ın futbolçusu Aleksandr Lakazett deyib.

Fransalı hücumçu Avropa Liqasının “Valensiya” isə İspaniyadakı cavab oyunu (4:2) barədə fikirlərini açıqlayıb.

A.Lakazett üç qol vurmaqla qələbədə pay sahibi olan və matçın ən yaxşı oyunçusu seçilən Pyer-Emerik Obameyanqı tərifləyib.

Hücumçu mayın 29-da Bakıda keçiriləcək final matçına kuboku qazanmaq iddiası ilə çıxacaqlarını bildirib:

“Obameyanq sadəcə möhtəşəmdi. O, Çempionlar Liqasına can atır. Biz də bu mükafatı istəyirik.

Ötən ay İngiltərə Premyer Liqasında pis oynadıq. İndi bu imkandan yararlanıb mükafatı qazanmalı və Çempionlar Liqasına bu turnirdən çıxmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!