VİDEO: Hazard "Çelsi"ni Azərbaycan paytaxtına gətirir

10 May 2019 02:07 Avropa Liqası 502
VİDEO: Hazard "Çelsi"ni Azərbaycan paytaxtına gətirir

Avropa Liqasında finalçılar bəlli olub.

Sportinfo.az xəbər verir ki, Londonda "Çelsi" ilk oyunda 1:1 hesablı heç-heçə etdiyi "Ayntraxt"ı qəbul edib.

Matçın əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qalibin adına penaltilər zərbəsində aydınlıq gəlib. Daha dəqiq oynayan "Çelsi" həlledici oyuna vəsiqə qazanıb.

Bakıda keçiriləcək Avropa Liqasının finalında "Arsenal" və "Çelsi" klubları üz-üzə gələcək. London derbisi mayın 29-u, Bakı Olimpiya stadionunda baş tutacaq.

“Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya) 1:1 (pen. 4:3)
Qollar:
Ruben Loftus-Çik, 28 - Luka Yoviç, 49
İlk oyun – 1:1

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti