Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, hər iki oyun eyni gündə baş tutub.
“Arsenal” səfərdə “Valensiya” ilə qarşılaşıb. İlk oyunda 3:1 hesabıyla qələbə qazanan London klubu, səfərdə də inamlı qələbəyə sevinməklə finala adlayıb.
Digər oyunda "Çelsi" doğma azarkeşləri önündə "Ayntraxt"ı qəbul edib. Səfərdə Frankfurt təmsilçisiylə qollu bərabərə qalan (1:1) "zadəganlar", görüşün əsas favoriti idi.
Amma cavab qarşılaşmasında da əsas vaxt 1:1 yekunlaşıb. Tərəflər əlavə vaxtda da tarazlığı poza bilməyiblər.
Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Çelsi" həlledici oyuna vəsiqə qazanıb.
Beləliklə, Avropa Liqasının finalında "Arsenal"la "Çelsi" üz-üzə gələcək. London klubları arasındakı oyun mayın 29-da Bakı Olimpiya stadionunda keçiriləcək.
“Valensiya” (İspaniya) – “Arsenal” (İngiltərə) 2:4
Qollar: Qameyro, 11, 58 - Obameyanq, 17, 69, 89; Lyakazett, 50
Valensiya. “Mestalya” stadionu. Baş hakim: Danni Makkeli (Hollandiya)
İlk oyun – 1:3
"Valensiya": Neto (q), Qabriel, Qonsalo Quedeş, Kevin Gameyro, Daniel Parexo (k), Jose Gaya, Fransis Koquelin, Daniel Vass, Rodrigo, Kristiano Piççini, Ezequiel Garay
Ehtiyat oyunçular: Xaume Domenek, Muktar Diakabi, Toni Lato, Fakundo Ronkalya, Karlos Soler, Ferran Torres, Santi Mina
"Arsenal": Peter Çex (q), Sokratis Papastatopolus, Lorent Koselini, Aleksandre Lyakazett, Məsut Özil, Lukas Torreyra, Pyer-Emerik Abameyanq, Maitland Niles, Naço Monreal, Sead Kolasinaç, Granit Xaka
Ehtiyat oyunçular: Bernd Leno, Şkodran Mustafi, Matteo Qenduzi, Eddi Nketia, Mohammed El-Neni, Aleks İvobi, Henrix Mxitaryan
“Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya) 1:1 (penaltilərlə 4:3)
Qollar: Loftus-Çek, 28 - Yoviç, 48
London. “Stemford Bric” stadionu. Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
İlk oyun – 1:1
"Çelsi": Kepa Arrisabalaqa, Emerson, David Luis, Andreas Kristensen, Sesar Aspilikueta, Mateo Kovaçiç, Jorjinyo, Ruben Loftus-Çik, Eden Azar, Villian, Olivye Jiru.
Ehtiyat oyunçular: Villi Kabalyero, Markos Alonso, Ross Barkli, Davide Zappakosta,Qari ri Kexill, Pedro, Qonsalo İquain
"Ayntraxt": Kevin Trapp, Danni da Kosta, David Abraham, Martin Xintereqqer, Simon Falett, Makoto Xasebe, Sebastyan Rode, Ante Rebiç, Miyat Qaçinoviç, Filip Kostiç, Luka Yoviç
Ehtiyat oyunçular: Frederik Rennov, Jelson Fernandes, Evan Ndika, Jonatan de Quzman, Sebastyen Alle, Timoti Çandler, Qonsalu Pasensya

