"Ayntraxt"ın yarımmüdafiəçisi Makoto Hasebe Avropa Liqasının yarımfinal mərhələsində "Çelsi" önündə şanslarını dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, yaponiyalı futbolçu rəqibdən çəkinmədiklərini söyləyib.
Hasebe onları finaldan cəmi 1 görüşün ayırdığını əlavə edib: "Evdə qollu bərabərə qalsaq da, səfər matçı öncəsi optimistik.
Bilirik ki, bu, Bakı yolunda son sınağımızdı. Hər şey öz əlimizdədi. Həyəcanverici mövsümün sonuna gəlmişik. Məşhur "Stemford Bric"dən başıuca çıxsaq, mayın 29-da final oyununda iştirak edəcəyik.
Artıq 35 yaşım var, komandada ən yaşlı oyunçu mənəm. Buna görə də turnirin qalibi olmaq üçün bütün gücümlə çalışacam".
"Ayntraxt"la "Çelsi" arasında cavab oyunu bu gün keçiriləcək. Almaniyadakı ilk matçda bərabərlik (1:1) qeydə alınıb.

