AFFA xəbərdarlıq etdi: Onu "qara bazar"da satanlar 5000 cərimələnəcək!

9 May 2019 11:36 Avropa Liqası 603
AFFA xəbərdarlıq etdi: Onu "qara bazar"da satanlar 5000 cərimələnəcək!

AFFA Avropa Liqasının final matçı üçün nəzərdə tutulan biletləri “qara bazar”da satmaq istəyən şəxslərə xəbərdarlıq edib.

Sportinfo.az xəbər verir ki, biletlərin “qara bazar”a çıxarılması və təkrar satışı qəti qadağandı.

Bu cür hallar baş verəcəyi təqdirdə, satışa çıxarılmış biletlər dərhal etibarsız hesab olunaraq blok ediləcək.

Həmçinin bileti satmaq üçün əldə etmiş şəxs 5000 manat məbləğində cərimə olunacaq. “Qara bazar”dan alınmış biletlə stadiona daxil olmaq istəyən şəxslər isə kompensasiya ödənilmədən stadiona buraxılmayacaq.

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu üçün nəzərdə tutulan 64000 biletdən 37500 ədədi ilkin mərhələdə satılıb.

Həmçinin dəyəri 890 avro olan “Qızıl” və 690 avroluq “Gümüş” paketlərin hamısı alınıb. Təşkilat Komitəsi mayın 2-də daha 5000 bileti satışa buraxıb.

Futbolsevərlər şəxsiyyət vəsiqələri ilə iTicket.az-ın “Gənclik Mall” və “Port Baku Mall”da yerləşən kassalarına yaxınlaşaraq bilet əldə edə bilərlər.

Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet əldə edə bilər. Biletlər bir neçə kateqoriyada təqdim olunur.

Birinci kateqoriya 280 manat (140 avro), ikinci kateqoriya 180 manat (90 avro), üçüncü kateqoriya 100 manat (50 avro), dördüncü kateqoriya isə 60 manat (30 avro) dəyərindədi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti