Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb.
Sportinfo.az xəbər verir ki, Londonda keçiriləcək “Çelsi” – “Ayntraxt” matçı Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.
Görüşün baş hakimi Ovidiu Hateqan olacaq. Ona Oktavyan Şovr və Sebastyan Corc kömək edəcək.
Oyunun 4-cü hakim funksiyasını isə Pavel Kraloveç yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Radu Petresku və Sebastyan Koltesku təyin olunub.
İspaniyada keçiriləcək “Valensiya” – “Arsenal” oyunu isə Hollandiyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Dani Makkeli, köməkçiləri Mario Diks və Hessel Steqstra olacaq.
4-cü hakim funksiyasını rusiyalı Sergey Karasev yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Dennis Hiqler və Yohem Kamphus olacaq.
Hər iki görüş mayın 9-da, saat 23:00-da start götürəcək.
“Arsenal” ilk oyunda “Valensiya”nı 3:1 hesabıyla məğlub edib, “Çelsi” isə səfərdə “Ayntraxt”la qollu bərabərə qalıb – 1:1.

