"Çelsi”nin baş məşqçisi Mauritsio Sarri Avropa Liqası ilə bağlı hədəflərindən söz açıb.
Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis bu turnirin qalibi olmaq arzusundadı.
Sarri yarımfinal mərhələsində "Ayntraxt"a qalib gələcəklərinə inanır. O, finalda rəqibin kimliyinin heç bir önəm kəsb etmədiyini söyləyib:
"Ayntraxt"la səfərdə qollu heç-heçə etmişik. Bu üstünlükdən evdə yararlanmağa çalışacağıq.
Finaldakı rəqibin kimliyinin önəmi yoxdu. Həm "Arsenal", həm də "Valensiya"ya qarşı oynamağa hazırıq.
Bu dəfə finala vəsiqə ilə kifayətlənməyəcəm. Məqsədim turnirin qalibi olmaqdı".
Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

