Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarının təyinatları müəyyənləşib.
UEFA mayın 9-da keçiriləcək qarşılaşmaları idarə edəcək hakimlərin adlarını açıqlayıb.
"Valensiya" ilə "Arsenal" arasında birincilərin meydanında keçiriləcək görüşdə hollandiyalı Danni Makkelie ədalət təmsilçisi olacaq.
"Çelsi" - "Ayntraxt" qarşılaşmasında isə rumıniyalı Ovidiu Alin Hateqan fit çalacaq.
"Arsenal" ilk oyunda 3:1 hesablı qələbə qazanıbsa, digər görüşdə heç-heçə (1:1) qeydə alınıb.

