Avropa ulduzu: "Bakıya gedə bilsək, bu, bizim üçün xüsusi olacaq"

4 May 2019 00:20 Avropa Liqası 435
Avropa ulduzu:  "Bakıya gedə bilsək, bu, bizim üçün xüsusi olacaq"

"İki qol vursam da, öz çıxışımdan tam razı qalmadım".

Sportinfo.az xəbər verir ki, bunu "Arsenal"ın hücumçusu Aleksandr Lyakazett deyib.

Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Valensiya"nı qəbul edən "topçular" 3:1 hesablı qələbəyə seviniblər.

Birinci hissədə dubl edərək, qələbənin memarı olan Lyakazett öz performansından məmnun qalmayıb. Fransa millisinin üzvü Avropa Liqası ilə bağlı hədəflərindən də söz açıb:

"Bundan da yaxşısını edə bilərdim. Daha iki qol imkanını qaçırdım. Xoşbəxtlikdən Obameyanq 3-cü qolu vurdu.

Çempionlar Liqasına vəsiqə əldə etmək üçün Avropa Liqasını qazanmaq istəyirik. Eyni zamanda titula sahib olmaq xoş olar.

Premyer Liqada da mübarizədən qopmuruq, mövsümü ilk "4-lük"də bitirməyə çalışacağıq. Bakıya səfər edə bilsək, bu, bizim üçün xüsusi olacaq".

"Arsenal"la "Valensiya" arasında cavab oyunu mayın 9-da baş tutacaq. Turnirin final qarşılaşması isə ayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti