Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

4 May 2019 00:10 Avropa Liqası 393
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, ilk yarımfinal mərhələsinin oyunlarından sonra bu ada "Arsenal"ın hücumçusu Aleksandr Lyakazett layiq görülüb.

Fransalı forvard evdə "Valensiya"nı 3:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada iki qolun müəllifi olub.

Bu komandalar arasındakı cavab oyunu mayın 9-da olacaq. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti