"Çelsi"nin kapitanı: "Gərək, işi bitirək və onları Bakıya aparaq"

3 May 2019 13:24 Avropa Liqası 452
"Çelsi"nin kapitanı: "Gərək, işi bitirək və onları Bakıya aparaq"

"Hesab 0:1 olanda bir az çətinlik çəkdik, amma ilk hissəni yaxşı başa vurduq.

İkinci yarıda isə onlardan daha çox şansımız oldu".

Sportinfo.az xəbər verir ki, bunu "Çelsi"nin kapitanı Sesar Aspilikueta Almaniyada "Ayntraxt"la 1:1 hesablı heç-heçə etdikləri Avropa Liqasının ilk yarımfinal matçından sonra deyib.

30 yaşlı müdafiəçi qarşılaşmaya yaxşı başlamadıqlarını və rəqibin təzyiqinə cavab verə bilmədiklərini etiraf edib: "Bərabərlik qolunu yaxşı vaxtda vurduq. İkinci hissədə qalib gəlməyi çox istəyirdik".

Aspilikiueta məqsədlərinin finala yüksəlməkdən ibarət olduğunu vurğulayıb: "Bizm vacib hədəfimiz var. Amma bu, ilk addımdı.

Hər şey növbəti cümə axşamı bəlli olacaq. "Ayntraxt" təhlükəli rəqibdir. Bu iş sentyabrda başlayıb. Gərək, bu işi bitirək və azarkeşlərimizi Bakıya aparaq".

Cavab oyunu mayın 9-da keçiriləcək. Avropa Liqasının finalı isə mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti