İspaniyalı məşhur baş məşqçi Bakıya gəlmək istəyir

3 May 2019 09:12 Avropa Liqası 703
İspaniyalı məşhur baş məşqçi Bakıya gəlmək istəyir

"Arsenal"ın baş məşqçisi Unay Emeri Avropa Liqası ilə bağlı hədəflərindən bəhs edib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis mayın 29-da Bakı Olimpiya Stadionunda final oynamaq arzusunda olduqlarını söyləyib.

Emeri bununla Çempionlar Liqasına vəsiqə qazanmaq niyyətində olduqlarını gizlətməyib: "Bu turnirdə böyük hədəflərimiz var.

Ciddi şəkildə motivasiya olunmuşuq. Bu, yarımfinal mərhələsidi və burda asan heç nə olmur.

Hələ mövsümün əvvəlində başa düşürdük ki, Premyer Liqada ilk "4-lüy"ə düşmək çətin olacaq. Bu yer uğrunda mübarizəmizi davam etdirəcəyik.

Ancaq turnir cədvəlinə baxmayacağıq. Avropa Liqasını qazanmaq isə əsas hədəfimizdi. Arzumuz finalda oynamaq və qalib gəlməkdi".

Digər Xəbərlər
Xəbər Lenti