"Çelsi"li ulduz: "Avroliqanın kubokunu Bakıda da qazanmalıyıq"

2 May 2019 14:48 Avropa Liqası 448
"Çelsi"li ulduz: "Avroliqanın kubokunu Bakıda da qazanmalıyıq"

"Avropa Liqası qitənin ikinci böyük turniridi.

Biz "Çelsi"də hər mövsüm kubok barədə düşünürük".

Sportinfo.az xəbər verir ki, bunu "Çelsi"nin futbolçusu Sesar Aspilikueta Almaniyada "Ayntraxt"la keçirəcəkləri Avropa Liqasının 1/2 final mərhələsinin ilk görüşündən öncə mətbuat konfransında deyib.

30 yaşlı müdafiəçi mövsüm ərzində bir neçə titul qazanmaq ehtimallarının olduğunu, ancaq hazırda Avroliqanın yarımfinalında mübarizə apardıqlarını xatırladıb.

İspaniya millisinin də şərəfini qoruyan oyunçu yarımfinalda oynamaq üçün uzun yol qət etdiklərini söyləyib:

"Kuboku qazanmaq əsas prioritetdir. Bizim məqsədimiz də budu.

Ümid edirəm ki, mayın 29-da Bakıda olacağıq. Avropa Liqasının kubokunu ikinci dəfə qazanmağa çalışmalıyıq".

"Ayntraxt" - "Çelsi" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasındakı cavab oyunu mayın 9-da olacaq.

Avropa Liqasının finalı isə mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Sesar Aspilikueta 2012-2013 mövsümündə London təmsilçisinin heyətində Avroliqanın qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti