"Arsenal" "Valensiya"Ya qarşı Avropa Liqasının ilk yarımfinal matçına futbolçu itkisi ilə çıxacaq.
Sportinfo.az xəbər verir ki, Aaron Remsi 2 may qarşılaşmasını zədə ilə əlaqədar buraxmalı olacaq.
Uelsli yarımmüdafiəçi aprelin 18-də İtaliyada "Napoli"yə 1:0 hesabı ilə qalib gəldikləri 1/4 final mərhələsinin cavab görüşündə dizaltı vətərindən xəsarət alıb.
O, Premyer Liqada XXXV turun "Kristal Pelas"a 2:3 hesablı məğlubiyyətlə nəticələnmiş oyununda da iştirak etməyib.
28 yaşlı futbolçu cari mövsümün sonunda azad agent kimi "Yuventus"a keçəcək.

