Günel “Beşiktaş” üçün... FOTO

27 Aprel 2019 18:00 Avropa Liqası 509
Günel “Beşiktaş” üçün... FOTO

Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində aprelin 25-də futbol üzrə kiber çempionatın 1/16 mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, iştirak üçün müraciət etmiş 750 nəfər arasında qeydiyyatdan keçmiş ilk 256 nəfər çempionatda öz bacarığını göstərmək şansı qazansa da, yarışda 136 nəfər iştirak edib.

Çempionata qoşulmayan iştirakçılara texniki məğlubiyyət verilib. İştirakçılar arasından cəmi 16 oyunçu növbəti mərhələyə vəsiqə qazanıb.

Oyun FIFA-nın 19 qaydası əsasında təşkil olunub. Çempionatın 1/16 mərhələsində ən böyükhesablı məğlubiyyət 9:0 olub.

“Çelsi” iştirakçılar arasında ən çox seçilən klub olaraq qeydə alınıb. Çempionatın yeganə xanım iştirakçısı “Beşiktaş” ilə çıxış edən Günel Hüseynova olub.

Növbəti mərhələyə vəsiqə qazanmasa da, xanım iştirakçı hər kəs tərəfindən maraqla qarşılanıb.

Bu gün futbol üzrə kiber çempionatın 1/8 mərhələsi start götürəcək. Kiber çempionatda birinci yeri tutan iştirakçıya 1000 AZN pul mükafatı təqdim olunacaq, eləcə də oyunun qalibi AFFA-nın kiber futbol üzrə yığmasında təmsil olunmaq şansı qazanacaq.

İkinci yerin sahibinə 500 AZN pul mükafatı veriləcək. Üçüncü yeri tutan iştirakçıya isə təşkilatçılar tərəfindən Avropa Liqası 2019-un rəsmi “Molten” topu, həmçinin imzalı forma hədiyyə ediləcək.

Çempionat Azərbaycan Kiber İdman Federasiyasının dəstəyi ilə keçirilir. Kiber çempionat haqqında ətraflı məlumatı https://finalbaku2019.az/az/cybercup/ saytından əldə edə bilərsiz.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti