"Real" yeni transferini Bakıdan Madridə aparacaq

26 Aprel 2019 17:12 Avropa Liqası 600
"Real" yeni transferini Bakıdan Madridə aparacaq

"Çelsi"nin yarımmüdafiəçisi Eden Azarın karyerasını "Real"da davam etdirəcəyi, demək olar ki, dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, tərəflər arasında danışıqlara artıq yekun vurulub.

Belçika millisinin üzvü ilə ilkin müqavilə bağlayan "kral klubu" onun klubu "Çelsi" ilə də danışıqları bitirmək üzrədi.

Yeganə sual doğuran məqam Azarın münasibətləri rəsmiləşdirəcəyi tarixdi. Bu hadisə isə iyunun 1-də baş tuta bilər.

Madridlilər Çempionlar Liqasının final görüşü keçiriləcəyi gündə Azarı da ictimaiyyətə təqdim etməyi planlaşdırır.

"Çelsi"nin Avropa Liqasının finalına yüksəlməsi belə, ispanları fikirlərindən döndərməyəcək. "Zadəganlar" finala adlasalar, komanda mayın 29-da Bakı Olimpiya Stadionunda həlledici görüşə çıxacaq.

"Real" rəhbərliyi də Azarın final matından sonra Bakıdan birbaşa Madridə uçmasını istəyir.

Azarın "Real"da illik məvacibinin 23 milyon avro olması gözlənilir. Komandanın və futbolçunun performansına görə, bu məbləğ 40 milyona qədər yüksələ bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti