"Arsenal" ulduzunu Bakıda küçəyə atıb gedəcək?

24 Aprel 2019 18:00 Avropa Liqası 588
"Arsenal" ulduzunu Bakıda küçəyə atıb gedəcək?

"Arsenal" mövsümün sonunda heyətində dəyişikliklərə əl atacaq.

Sportinfo.az xəbər verir ki, "topçular"dan ayrılacaq futbolçulardan biri də müdafiəçi Şkodran Mustafidi.

Baş məşqçi Unay Emeri dünya çempionunu gələn mövsüm ixtiyarında görməkdə maraqlı deyil.

Komanda Avropa Liqasında finala vəsiqə qazansa, Almaniya millisinin üzvü mayın 29-da Bakıda sonuncu dəfə London klubunun formasını geyinə bilər.

Həmin görüşdən sonra isə ingilislər onunla bağlı təklifləri dəyərləndirəcək. 2016-cı ildə "Valensiya"dan 41 milyon avroya transfer edilən Şkodran Mustafinin "Arsenal"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti