Bu ulduz Bakıdakı Avroliqa finalında iştirak etməyəcək

23 Aprel 2019 11:48 Avropa Liqası 567
Bu ulduz Bakıdakı Avroliqa finalında iştirak etməyəcək

İspaniya La Liqasının XXXII turunda "Betis"lə səfər matçında zədələnən "Valensiya"nın futbolçusu Denis Çerışevin durumuna aydınlıq gəlib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçunun sağ diz bağlarından xəsarət aldığı bəlli olub.

Rusiya millisinin də şərəfini qoruyan oyunçunun mövsümün digər matçlarında iştirak etməyəcəyi dəqiqləşib.

Müqavilə ilə "Vilyarreal"a məxsus olan Çerışev icarə əsasında "Valensiya"da çıxış edir. O, bu mövsüm La Liqada 27 oyuna 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Yarasalar" çempionatda 52 xalla beşinci yerdədi. İspaniya təmsilçisi Avropa Liqasının yarımfinalında isə "Arsenal"la üz-üzə gələcək.

Komanda finala çıxacağı təqdirdə, Denis Çerışev mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici qarşılaşmada iştirak edə bilməyəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti