Yarımfinala görə Premyer Liqanın təqvimində dəyişikliklər edildi

21 Aprel 2019 17:53 Avropa Liqası 463
Yarımfinala görə Premyer Liqanın təqvimində dəyişikliklər edildi

İngiltərə Premyer Liqasının təqvimində dəyişikliklər edilib.

Sportinfo.az xəbər verir ki, buna avrokubokların yarımfinal mərhələsinin oyunları səbəb olub.

“Liverpul”la “Tottenhem”in Çempionlar Liqasında, “Arsenal”la “Çelsi”nin Avropa Liqasında 1/4 final səddini keçməsi İngiltərə Premyer Liqasını belə addım atmağa məcbur edib.

Yarımfinalçılara görə XXVII turun oyunlarının vaxtı dəyişdirilib.

Komandaların yarımfinalda oynamasını nəzərə alan qurum “Bornmut” – “Tottenhem” və “Nyukasl” – “Liverpul” görüşlərinin mayın 4-də keçirilməsinə qərar verib.

“Çelsi” – “Uotford” və “Arsenal” – “Brayton” matçları isə ertəsi gün baş tutacaq. Bu dəyişikliklərə görə “Mançester Siti” – “Lester” qarşılaşması mayın 6-na keçirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti