Avropa Liqasının 1/4 finalında evdə "Slaviya"nı məğlub edən (4:3) "Çelsi" İngiltərə futbolunun tarixinə düşüb.
Sportinfo.az xəbər verir ki, London təmsilçisi bir avrokubok mövsümündə 11 qələbə qazanan yeganə ingilis klubudur.
"Çelsi" yarımfinalda "Ayntraxt"la qarşılaşacaq. Komandalar arasında ilk görüş mayın 2-də Frankfurtda, cavab matçı isə 9-da Londonda olacaq.

