"Arsenal" kağız üzərində Bakıya daha yaxın görünür"

19 Aprel 2019 14:48 Avropa Liqası 414
"Arsenal" kağız üzərində Bakıya daha yaxın görünür"

"Vilyarreal"ı hər iki görüşdə məğlub etməyimizə baxmayaraq, çətinliklə üzləşdik.

Yekunda yolumuza davam etdiyimiz üçün şadam".

Sportinfo.az xəbər verir ki, bunu "Valensiya"nın baş məşqçisi Marselino deyib.

Avropa Liqasının 1/4 final mərhələsində "Vilyarreal"la qarşılaşan "yarasalar" səfərdə 3:1, evdə isə 2:0 hesabı ilə qalib gələrək, yarımfinala adlayıb. İspaniya təmsilçisinin bu mərhələdəki rəqibi "Arsenal" olacaq.

Marselino qarşılaşmadan sonrakı mətbuat konfransında yarımfinaldakı rəqibi dəyərləndirib. O, "Arsenal"ı Avropa Liqasının əsas favoritlərindən biri hesab edir:

"Arsenal" Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır. Onların baş məşqçiləri Unay Emeri bizi çox yaxşı tanıyır.

Təbii ki, cütlüyün favoriti "Arsenal"dı. Onlar kağız üzərində Bakıdakı finala yollanmağa daha yaxın görünürlər.

Ancaq yarımfinalda hər şey ola bilər. Bakıdakı final barədə danışmaq üçün isə hələ çox erkəndi".

"Valensiya" ilə "Arsenal" arasında ilk oyun mayın 2-də Londonda, cavab qarşılaşması isə bir həftə sonra Valensiyada baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti