4 məşhur klub Bakı yolunda

19 Aprel 2019 01:00 Avropa Liqası 590
4 məşhur klub Bakı yolunda

Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Londonda “Napoli”ni 2 cavabsız qolla məğlub edən “Arsenal” İtaliya səfərinə yollanıb.

“Topçular”a yarımfinala yüksəlmək üçün hətta heç-heçə də kifayət edirdi. Amma London klubu cavab matçında da qalib gəlməklə yarımfinala vəsiqəni təmin edib.

Almaniyanın “Ayntraxt”ı doğma azarkeşləri önündə “Benfika”nı qəbul edib.

İlk oyunda 2:4 hesabıyla məğlub olan Frankfurt təmsilçisi yarımfinala yüksəlmək üçün mütləq qalib gəlməliydi.

İki cavabsız qol vuran almanlar ümumi hesabda bərabərliyə nail olmaqla səfərdə vurduğu qollar sayəsində mərhələ adlayan tərəf olub.

“Vilyarreal” “Valensiya” səfərinə yollanıb. İlk oyunda 3:1 hesabıyla qələbə qazanan “Valensiya” bu görüşün favoriti idi.

Gözlənildiyi kimi, bu dəfə də qələbə qazanan “Valensiya” yarımfinala yüksəlib.

“Çelsi” isə ilk oyunda minimal hesabla məğlub etdiyi “Slaviya”nı qəbul edib. Bol qollu qarşılaşmanın sonunda sevinən yenə “zadəganlar” olub.

Napoli (İtaliya) – Arsenal (İngiltərə) 0:1 (İlk oyun 0:2)
Qol: Lakazett, 36.

Valensiya (İspaniya) – Vilyarreal (İspaniya) 2:0 (3:1)
Qol: Lato, 13. Parexo, 54.

Ayntraxt (Almaniya) – Benfika (Portuqaliya) 2:0 (2:4)
Qol: Kostiç, 37. Rode, 67.

Çelsi (İngiltərə) – Slaviya (Çexiya) 4:3 (1:0)
Qol: Pedro, 5; 27. Deli, 9-öz qapısına. Jiru, 17 – Suçek, 26. Şevçik, 51; 54.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti