Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, cavab qarşılaşmalarından sonra yarımfinalçılar müəyyənləşəcək.
Günün ən maraqla gözlənilən oyunu İtaliyada olacaq. "Napoli" doğma azarkeşlər önündə "Arsenal"ı qəbul edəcək. Neapollular səfərdəki 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.
İngiltərənin turnirdəki digər təmsilçisi "Çelsi" evdə "Slaviya"nı sınağa çəkəcək. Londondakı matçda "zadəganlar" minimal hesablı qələbə qazanıb - 1:0.
Almaniyanın Avroliqadakı yeganə komandası "Ayntraxt" Frankfurtda Portuqaliya "Benfika"sının müqavimətini qırmağa çalışacaq.
Səfərdəki qarşılaşmada 2:4 hesabı ilə uduzan meydan sahibləri yarımfinala vəsiqə üçün ən azı 3 top fərqi ilə qələbə qazanmalıdır.
Nəhayət, növbəti qarşılaşmada İspaniya komandaları üz-üzə gələcək. "Valensiya" "Vilyarreal"a qarşı ilk oyundakı 3:1 hesablı qələbəni qorumağa çalışacaq.
23:00. “Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə)
İlk oyun - 0:2
23:00. “Valensiya” (İspaniya) – “Vilyarreal” (İspaniya)
İlk oyun - 3:1
23:00. “Ayntraxt” (Almaniya) – “Benfika” (Portuqaliya)
İlk oyun - 2:4
23:00. “Çelsi” (İngiltərə) – “Slaviya” (Çexiya)
İlk oyun - 1:0

