Avropa Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, UEFA 1/4 final mərhələsində baş tutan qarşılaşmalardan sonra 4 namizəd seçib.
Bunlar Joao Feliks (“Benfika”), Aaron Remsi (“Arsenal”), Villian (“Çelsi”) və Qonsalo Quedeşdi (“Valensiya”).
Həftənin oyunçusu azarkeşlər arasında keçirilən səsvermə ilə bəlli olacaq. Feliks dünən het-trik, Quedeş dubla imza atıbsa, Villian 1 məhsuldar ötürmə, Remsi də 1 qolla yadda qalıb.

