"Tale Heydərovun "Qəbələ"dən istefa verməsinə təəccübləndim"

10 Aprel 2019 16:24 Avropa Liqası 1 038
"Tale Heydərovun  "Qəbələ"dən istefa verməsinə təəccübləndim"

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu, “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov tutduğu vəzifədən istefa verib.

Sportinfo.az xəbər verir ki, bu haqda məlumatı klubun rəsmi saytı yayıb.

Sonxeber.az-ın əməkdaşı Tale Heydərovla əlaqə saxlaya bilməsə də, babası millət vəkili Fəttah Heydərovla danışıb.

T. Heydərov 2006-cı ildən bu vəzifədə fəaliyyət göstərirdi.Fəttah Heydərov Tale Heydərovla bağlı xəbəri saytlardan gördüyünü deyib:

"Əslində xəbəri indicə saytlardan oxudum. Tale Heydərovun prezidenti olduğu "Qəbələ" İdman Klubundan istefa verməsinə təəccübləndim.

Özü ölkə xaricində olduğu üçün hələ ki, heç bir məlumatım yoxdu".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti