Maradona Bakıya gələ bilər

9 Aprel 2019 19:36 Avropa Liqası 660
Maradona Bakıya gələ bilər

Məlum olduğu kimi, 2019-cu il Avropa Liqasının finalı Bakıda keçiriləcək.

Sportinfo.az xəbər verir ki, həlledici qarşılaşmada iştirak etməyə namizəd klublardan biri də “Napoli”di.

1/4 finalda “Arsenal”la ilə üz-üzə gələcək neapollular Bakıya gəlməyə ən real namizədlərdən biridir. “Napoli” AL finalında iştirak etsə, komandanın əfsanəsi Dieqo Maradona da paytaxtımıza gələcək.

Onunla birlikdə italiya yığmasının keçmiş üzcü Çiro Ferrara Azərbaycanda keçiriləcək finalı stadiondan izləyənlər arasında olacaq.

"Napoli" 30 il əvvəl, 1989-cu ildə UEFA kubokunu qazanıb. O vaxt heyətdə Maradona və Ferrara da olub. 30 ildən sonra bu kuboku qazanmaq istəyən italyanlara Maradona Bakıda dəstək olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti