Bakıdakı Avropa Liqasının finalında nə hadisə baş verəcək?

9 Aprel 2019 15:00 Avropa Liqası 443
Bakıdakı Avropa Liqasının finalında nə hadisə baş verəcək?

Sportinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının finalında yeni rekord qeydə alına bilər.

Bunun üçün hazırda turnirdə mübarizəyə davam edən İngiltərənin "Çelsi", Almaniyanın "Ayntraxt" (Frankfurt) və İspaniyanın "Vilyarreal" komandalarından biri finala kimi məğlub olmamalı və həlledici görüşün əsas vaxtında qələbə qazanmalıdı.

Cari mövsümdə bu klublardan heç biri məğlub olmayıb. Onlardan hansısa bunu gerçəkləşdirsə, İspaniya "Espanyol"unun nailiyyətini təkrarlayacaq.

Lakin Kataloniya təmsilçisi UEFA Kubokunun (hazırkı Avropa Liqası) 2006-2007 mövsümünün finalında "Sevilya"ya əsas (1:1) və əlavə vaxtı (2:2) heç-heçə ilə bitən görüşdə penaltilərdə uduzub - 1:3.

"Ayntraxt" həmçinin 1/4 final mərhələsinin ilk oyununda Portuqaliyada "Benfika"ya uduzmasa, İspaniya "Atletiko"sunun turnirdə 15 matçlıq məğlubiyyətsizlik rekorduna da şərik olacaq.

Avropa Liqasının 1/4 finalında “Napoli” (İtaliya) - “Arsenal” (İngiltərə), “Vilyarreal” (İspaniya) - “Valensiya” (İspaniya), “Benfika” (Portuqaliya) - “Ayntraxt” (Almaniya), “Slaviya” (Çexiya) - “Çelsi” (İngiltərə) qarşılaşmaları keçiriləcək. Final görüşü isə mayın 29-da olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti