Klub prezidenti: "Azərbaycanlılara qarşı oynamaq bir şey deyil"

5 Aprel 2019 10:12 Avropa Liqası 552
Klub prezidenti: "Azərbaycanlılara qarşı oynamaq bir şey deyil"

"Maynz"ın prezidenti Stefan Hofmann yerli mətbuata müsahibəsində FİFA və UEFA-nın son vaxtlar bir çox yarışların formatını dəyişməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, klub rəhbəri bütün bunların uğurla nəticələnməyəcəyini düşünür.

O, xüsusən də, avrokuboklarla bağlı mənfi düşüncədədi. Hofmann 2021/22 mövsümündən tətbiq olunacaq Avropa Liqası-2-də Azərbaycan təmsilçiləri ilə qarşılaşmaqda bir məna görmür:

"Avropa Liqası-2 bizə lazımdımı? Mən bir maraq görmürəm. Çempionatda yenidən 7-ci yer uğrunda mübarizə aparmalısan ki, II və ya III təsnifat mərhələsində Azərbaycan, Qazaxıstan klubu ilə qarşılaşasan.

Bunu əlavə üstünlük saymaq olarmı? Bu ölkələrin klublarına qarşı oynamaq bir şey deyil. Ancaq bu, bazarın tükənməz olduğunu göstərir.

Bundan əlavə, dünya çempionatında 48 komanda iştirak edəcək və Çempionlar Liqasının formatı dəyişəcək.

Bu sistemlərin uğurlu olub-olmadığını bazar müəyyənləşdirəcək. Şəxsən mənim fikrimə görə, bütün bunlara gərək yoxdu.

Hesab edirəm ki, əksər azarkeşlər coşğusunu itirəcək və bu oyunlardan sıxılacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti