Avropa Liqasının layihə meneceri baş katibin qəbulunda

29 Mart 2019 20:24 Avropa Liqası 531
Avropa Liqasının layihə meneceri baş katibin qəbulunda

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar martın 27-də və 28-də UEFA tərəfdaşlarının Bakıya ikinci işgüzar səfəri təşkil olunub.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun baş katibi Elxan Məmmədovla tərəfdaşların səfəri çərçivəsində paytaxtımıza təşrif buyuran UEFA Avropa Liqasının layihə meneceri Andreas Şer arasında görüş keçirilib.

Görüşdə finalın təşkilati işləri ilə bağlı ətraflı müzakirələr aparılıb. Final matçı mayın 29-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!