Elxan Məmmədov futbola pul buraxan şirkətlərlə görüşdü

29 Mart 2019 08:36 Avropa Liqası 604
Elxan Məmmədov futbola pul buraxan şirkətlərlə görüşdü

Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu ilə əlaqədar müxtəlif fəaliyyət sahələri üzrə nümayəndə heyətlərinin Azərbaycan paytaxtına mütəmadi səfərləri davam edir.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA tərəfdaşlarının Bakıya ikinci işgüzar səfəri başlayıb.

Bu dəfə final qarşılaşmasında UEFA ilə rəsmi tərəfdaş olan şirkətlərin təmsilçiləri Bakı Olimpiya Stadionuna, həmçinin final oyunu ilə bağlı təşkil olunacaq müxtəlif tədbirlərin məkanlarına baş çəkəcəklər.

UEFA tərəfdaşlarının ikinci işgüzar səfəri bu gün yekunlaşacaq. Avropa Liqasının final oyunu mayın 29-da olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti