Avropa Liqasının cari mövsümündə “Qarabağ”la eyni qrupda yer alan “Vorskla” baş məşqçi Vasili Saçko ilə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, 44 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2013-cü ildən “Vorskla”ya rəhbərlik edən V.Saçko 3 dəfə komandasını avrokuboka çıxarsa da, cari çempionatda qitə miqyaslı turnirlərə vəsiqə qazanmaq şansı verən ilk “altılığ”a düşə bilməyib.
Poltavalılar 22 turdan sonra 29 xalla 7-ci pillədə qərarlaşıblar.
“Vorskla” “Qarabağ”a Bakıda 1:0 hesabı ilə qalib gəlsə də, Poltavada eyni hesabla uduzub. Hər iki komanda E qrupunu 3 xalla 3-4-cü pillələrdə başa vurub.

