Sərgidə Avroliqanın Bakı finalı ilə bağlı stend quraşdırıldı

24 Mart 2019 16:22 Avropa Liqası 448
Sərgidə Avroliqanın Bakı finalı ilə bağlı stend quraşdırıldı

Rusiyanın paytaxtı Moskvada “MITT 2019” – “Moskva Beynəlxalq Turizm Sərgisi” keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın turizm potensialı və yeni turizm məhsullarının təqdim olunduğu sərgidə bu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq Avropa Liqası finalı ilə də bağlı xüsusi stend quraşdırılıb.

Stenddə UEFA Avropa Liqası Finalı Bakı-2019-la bağlı digər məlumatlarla yanaşı, UEFA Avropa Liqası turnirinin rəsmi kuboku da nümayiş etdirilir.

Avropa Liqasının kuboku bu mövsüm ilk dəfə martın 3-də Bakıda Avropa Liqası Finalı Bakı-2019-a həsr olunan şou xarakterli oyunda ictimaiyyətə nümayiş edilib.

Məşhur futbol ulduzlarının iştirakı ilə keçirilən həmin oyundan əvvəl portuqaliyalı futbol ulduzu Deku kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edib.

Avropa Liqasının kuboku Bakıdan sonra İsveçrənin Cenevrə şəhərində keçirilən tədbirdə sərgilənib.

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa qədər Avropa Liqasının kuboku Avropanın müxtəlif şəhərlərində təşkil ediləcək tədbirlərdə nümayiş olunacaq və final qarşılaşması ərəfəsində yenidən Bakıya gətiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti