“Qarabağ”ın Avropa Liqasının “Arsenal”la keçirilmiş son görüşündə meydana separatçı erməni rejiminin bayrağıyla yürüş edən Spartak Cancoyan ad-soyadlı erməni məxluq işğalçı ölkə paytaxtında təmtəraqla qarşılanıb.
Qeyd edilir ki, həmin üzdəniraq azarkeş "FAF" erməni fan klubunun yaradıcısıdır.
Sportinfo.az xəbər verir ki, bu haqda Xankəndindəki erməni nəşrləri xəbər yayıb.
Londonun “Emireyts” stadionunda keçirilən oyunun artırma dəqiqələrində azarkeşlərdən birinin meydana separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını qaldıraraq daxil olması müşahidə edilib.
"Qarabağ" futbolçularının üzərinə qaçan erməni azarkeşin sinəsində dünyada da terrorçu kimi tanınan, əli yüzlərlə insanın, qadının, uşağın qanına batmış Monte Melkonyanın əksi də olub.
Stadion əməkdaşları təxribatçını dərhal zərərsizləşdirərək meydandan kənarlaşdırıblar. Fotolardan göründüyü kimi, Rəşad Sadıqov da erməni azarkeşə yaxınlaşaraq etirazını ifadə edib.

