Bu gün Avropa Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb.
Sportinfo.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilib..
Avropa Liqasının 1/4 final mərhələsinin oyunları 11-18 apreldə, yarımfinalın görüşləri isə 2-9 may tarixlərində keçiriləcək.
Püşkatmada həm də, Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşünün nominal meydan sahibi də məlum olub. Püşkün nəticələrini təqdim edirik:
1/4 final
1. Arsenal (İngiltərə) - Napoli (İtaliya)
2. Vilyarreal (İspaniya) - Valensiya (İspaniya)
3. Benfika (Portuqaliya) - Ayntraxt (Frankfurt, Almaniya)
4. Slaviya (Praqa, Çexiya) - Çelsi (İngiltərə)
Yarımfinal
A. 1-ci cütün qalibi – 2-ci cütün qalibi
B. 3-cü cütün qalibi – 4-cü cütün qalibi
Final

