"Çelsi"nin baş məşqçisi: "Bakı finalında olmağımız məni xoşbəxt edəcək"

15 Mart 2019 15:36 Avropa Liqası 488
"Çelsi"nin baş məşqçisi: "Bakı finalında olmağımız məni xoşbəxt edəcək"

"Çelsi"nin baş məşqçisi Mauritsio Sarri Bakıda keçiriləcək Avropa Liqasının final oyununda qarşılaşmaq istədiyi komandanın adını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 60 yaşlı mütəxəssis bu barədə 1/8 finalda səfərdə 5:0 hesabı ilə məğlub etdikləri Ukrayna "Dinamo"su ilə matçdan sonra məlumat verib.

O, final matçına kimi sabiq komandası İtaliya "Napoli"si ilə düşmək istəmədiyini söyləyib. İtaliyalı baş məşqçi Neapol təmsilçisi ilə finalda qarşılaşmağı üstün tutduğunu vurğulayıb:

"Bu finalda olmağımız məni xoşbəxt edəcək. "Napoli"nin də həlledici qarşılaşmada olmasından məmnun olacağam".

Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

1/4 final mərhələsinin püşkü bu gün Bakı vaxtı ilə saat 16:00-da atılacaq. Mauritsio Sarri "Napoli"yə 2015 - 2018-ci illərdə rəhbərlik edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti