"Vilyarreal"ın futbolçusu Xerard Moreno Rusiya "Zenit"ini üstələdikləri Avropa Liqasının 1/8 final görüşündən sonra Bakıda keçiriləcək final qarşılaşmasına köklənib.
bu barədə 27 yaşlı hücumçunun özü UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.
O, heç vaxt Azərbaycan paytaxtında olmadığını vurğulayıb: "İndi yeni ölkə və stadionlara baş çəkmək imkanı yaranıb. Bu isə mənim xoşuma gəlir".
"Vilyarreal" "Zenit"ə Rusiyada 3:1, İspaniyada isə 2:1 hesabı ilə qalib gəlib. Xerard Moreno hər iki oyunda qol vurub.

