
Polşa Ekstraklasasında mövsüm sona yaxınlaşır.
Sportinfo.az xəbər verir ki, həmkarlarımız indidən avrokuboklarla bağlı proqnozlar verməyə başlayıb.
Yerli KİV həm çempionatdakı rəqabətin artması, həm də avrokuboklarda formatın dəyişməsini nəzərə alaraq, klublarının uğurlu çıxışına ümid edir.
Onlar hətta Azərbaycan klublarının belə, polşalılar üçün maneə təşkil etməyəcəyini düşünürlər: "Mövsüm başa çatmaq üzrədi.
Klublarımız 4 aydan sonra avrokuboklarda qəhrəmanlıq göstərmək barədə düşünməlidilər. Bu dəfə Lüksemburq, İslandiya və ya Azərbaycandan yarı həvəskar komanda bəxtimizə düşə bilər".
Polşa çempionatında 25 turdan sonra "Lexia" və "Legia" arasında çempionluq mübarizəsi gedir.

