"Prezident mənə deyəndə ki, "sən "Füzuli"də oynayırsan", çox sevindim"

9 Mart 2019 12:36 Avropa Liqası 729
"Prezident mənə deyəndə ki, "sən "Füzuli"də oynayırsan", çox sevindim"

"All Star" matçında Nazim Süleymanov, Vəli Qasımov, Andrey Arşavin, Nihat Kahveci kimi ulduzlarla meydana çıxan "Füzuli"nin kapitanı Şöhlət Rəhimov oyun haqqında təəsüratını bölüşüb.

Sportinfo.az xəbər verir ki, Region Liqasında çıxış edən kiper ölkə prezidenti İlham Əliyevlə söhbətindən də danışıb:

"Məni ulduzlarla oyuna dəvət edəndə çox sevindim. Çünki həmin futbolçuları televiziya vasitəsi ilə izləyirdim.

Cənab prezidentlə də görüşüm ağlıma gəlmirdi. Üstəlik, ölkə başçısı mənə deyəndə ki, "sən "Füzuli"də oynayırsan", çox sevindim.

Ümumi oyun haqqında isə onu deyə bilərəm ki, ömrümün sonuna kimi unutmayacağım bir hadisə oldu.

İnşallah, bu cür oyunları Qarabağda oynamaq bizə nəsib olar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti