UEFA “Arsenal”a "Qarabağ"a görə 15 min avro cərimə etdi

9 Mart 2019 11:36 Avropa Liqası 465
UEFA “Arsenal”a "Qarabağ"a görə 15 min avro cərimə etdi

UEFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Avropa Liqasının qrup mərhələsinin VI turunda Londonda baş tutmuş “Arsenal” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) görüşündə yaşananları da müzakirə olunub.

Dekabrın 14-də keçirilmiş və xoşagəlməz olaylarla yadda qalan oyunla bağlı işi bir neçə dəfə təxirə salan UEFA bu dəfə yekun qərarını verib.

Londonda keçirilən oyunun gedişində əlində qondarma "Dağlıq Qarabağ Respublikası" bayrağı olan azarkeşin çıxması, həmçinin görüşün startının gecikməsi İngiltərə klubunun cəzalandırılması ilə nəticələnib.

UEFA “Arsenal”a 15 min avro cərimə kəsib. Oyunda London klubu 1:0 hesabı ilə qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti