"Futbolçu olduğum vaxt kimlərsə məni Azərbaycana dəvət edib"

7 Mart 2019 00:20 Avropa Liqası 697
"Futbolçu olduğum vaxt kimlərsə məni Azərbaycana dəvət edib"

“Bakıya martın 3-də gecə gəldim, səhər isə Avropa Liqasının finalına həsr olunan oyun keçirildi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Rusiya millisinin sabiq hücumçusu Andrey Arşavin deyib.

Hazırda “Zenit”in akademiyasında fəaliyyət göstərən veteran futbolçu “Ulduzlar finalı”nda iştirak üçün Bakıya səfər edib: “Oyun günü axşam İçərişəhəri gəzdik, şam etdi”.

Arşavin Avropa Liqasının mayın 29-da keçiriləcək finalı barədə istəyini də açıqlayıb: “Sözsüz ki, “Zenit”i finalda görmək istəyirəm.

Komanda hələ mübarizəni davam etdirir. Digər rəqibin kimliyi fərq eləmir. Çünki finaldasansa və kuboku qazanmaq istəyirsənsə, istənilən rəqibə qalib gəlməlisən.

“Arsenal” – “Zenit” matçı mənim üçün ideal final olar. Təbii ki, “Zenit”in iddiaları böyükdü,

Çempionlar Liqasında oynamaq, uğur qazanmaq istəyir. İndi elə alınıb ki, Avropa Liqasında oynayır və burda qələbə qazanmağa çalışır”.

Rusiyalı veteran ölkəmizə səfərləri müqayisə edib və bir müddət öncə klublarımızdan birinə transferi barədə yayılan şayiələrə münasibət bildirib:

“Bunadək iki dəfə Bakıda olmuşam. Birinci dəfə futbolçu kimi millilərin oyununda iştirak etmişəm, ikincidə şəxsi səfərə gəlmişəm.

Budəfəki səfər işgüzar xarakter daşıyır. “Ulduzlar finalı”na gəlincə, belə matç uşaqların televizorda gördükləri dünya ulduzlarını canlı izləmək imkanı yaradır.

Daha çox əyləncə xarakteri daşıyır. Mən özüm oyun zamanı bir epizodda başımın üzərindən qapıya zərbə vurmaq istədim, amma alınmadı.

Hardsa oxumuşam ki, futbolçu olduğum vaxt kimlərsə məni Azərbaycana dəvət edib. Amma bu həqiqət deyil”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti