“Bakıya ikinci səfərim idi. İlk dəfə milli komanda ilə gəlmişdim, yenidən burda olmağıma çox şadam”.
Sportinfo.az xəbər verir ki, bunu “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma üçün Azərbaycana səfər edən məşhur veteran futbolçu Deku deyib.
Portuqaliyalı ulduz mayın 29-da keçiriləcək Avropa Liqasının final oyunu zamanı da Bakıda olacağını söyləyib:
“İnsanların mənə olan marağı, eyni zamanda yerli federasiyanın yüksəksəviyyəli təşkilatçılığı məndə xoş təəssürat yaratdı.
İlk səfərimlə indiki arasında müqayisə apara bilmərəm. Çünki onda oyunçu kimi gəlmişdim və şəhərinizi gəzmək imkanım olmamışdı.
Sadəcə, mehmanxana və stadionu görmüşdüm. Bu dəfə məqsəd fərqli idi, gəzdim Bakını, çox yaxşı təəssürat yaratdı.
İnsanlarınız çox qonaqpərvərdi. Federasiyanızın futbolun inkişafı üçün etdiklərini görüb, sevinirəm”.
“Azərbaycana ilk dəfə oyunçu kimi gəlmişdim. Həmin vaxt şəhəri görmək imkanımız olmamışdı.
Sadəcə, otel və stadionu görmüşdüm. Bu dəfə fərqli bir səfər idi. Bakını gəzə bildim və bu, məndə xoş təəssürat yaratdı”.
“Barselona” və “Çelsi”dəki çıxışı ilə azarkeşlərin rəğbətini qazanan Deku finalda London təmsilçisini görmək istədiyini gizlətməyib:
“Boyük komandaların final oynamasını arzulayıram. Ümid edirəm ki, "Çelsi" Bakıya gələcək. Sözsüz ki, mayda keçiriləcək matçı izləmək üçün Bakıya gələcəm".

