Avropa Liqasının final oyunu ilə əlaqədar "Bakı 2019: Ulduzlar finalı"na qatılacaq məşhur futbolçular sırasına daha biri qoşulub.
Sportinfo.az-ın AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bu, Türkiyə milli komandasının sabiq yarımmüdafiəçisi Hamit Altıntopdu.
Əvvəllər "Bavariya", "Real" və "Qalatasaray"ın formasını geyinmiş Altıntop artıq karyerasını başa vurub.
Bunadək daha bir türkiyəli Nihat Kahveçi, İslandiyalı Eydur Qudyonsen, portuqaliyalı Deku, rusiyalı Andrey Arşavin, polşalı İrji Dudek, gürcüstanlı Revaz Arveladze və qanalı Mikael Essyenlə yanaşı, yerli məşhurlardan Vəli Qasımov və Nazim Süleymanovun da bu görüşdə iştirak edəcəkləri müəyyənləşib.
Nizami Gəncəvi muzeyi qarşısında quraşdırılmış meydanda keçiriləcək oyun saat 11:00-da başlanacaq.

