Avroliqanın Bakı finalı üçün “Qızıl paket”lərin hamısı satıldı

28 Fevral 2019 19:36 Avropa Liqası 550
Avroliqanın Bakı finalı üçün “Qızıl paket”lərin hamısı satıldı

Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu üçün dəyəri 890 avro olan “Qızıl paket”lərin hamısı satılıb.

Sportinfo.az xəbər verir ki, UEFA-nın rəsmi saytı vasitəsi ilə həyata keçirilən onlayn satışda yalnız 690 avroluq “Gümüş paket”lər qalıb.

“Gümüş paket”ə I keteqoriyaya aid oyun bileti, qarşılaşmadan əvvəl və sonra dünya standartlarında yeməklər, qonaq otağında pulsuz oturma konsepsiyası, qonaq otağında yarım saat ərzində sərinlədici içkilər daxildir.

“Qızıl paket”ə isə qonaq otağının yanında I kateqoriyaya aid oyun bileti, qarşılaşmadan əvvəl və sonra dünya standartlarında yeməklər, qonaq otağında pulsuz oturma konsepsiyası, qonaq otağında yarım saat ərzində sərinlədici içkilər daxildir.

Qiymətləri 30 – 140 avro olacaq birinci, ikinci, üçüncü və dördüncü kateqoriyalı standart biletlər martın 7-də onlayn satışa çıxarılacaq.

Avropa Liqasının finalı 2019-cu il mayın 29-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti