UEFA "Arsenal"ın "Qarabağ"a qol vuran ulduzunu 3 oyunluq cəzalandırdı

23 Fevral 2019 10:36 Avropa Liqası 392
UEFA "Arsenal"ın "Qarabağ"a qol vuran ulduzunu 3 oyunluq cəzalandırdı

Sportinfo.az xəbər verir ki, UEFA "Arsenal"ın futbolçusu Aleksandr Lyakazetti 3 oyunluq cəzalandırıb.

Fransalı hücumçu Belarusda BATE-yə 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının ilk 1/16 final matçında rəqibə dirsək zərbəsi endirdiyi üçün diskvalifikasiyaya məruz qalıb.

O, artıq 3:0 hesablı qələbə qazandıqları cavab görüşündə iştirak etməyib. 27 yaşlı forvard daha 2 oyunluq cəzanı isə Fransa "Renn"i ilə 1/8 final qarşılaşmalarında çəkəcək.

Aleksandr Lyakazett "Arsenal"a 2017-ci ilin yayında Fransa "Lion"undan 53 milyon avroya keçib.

Cari mövsümdə o, Avroliqanın 4 görüşündə iştirak edib. Lyakazett yeganə qolu qrup mərhələsinin son turunda Londonda "Qarabağ"ın qapısından keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti